Pele Braziliyada uğurla əməliyyat olunub | SON XƏBƏR | SON XƏBƏR

Pele Braziliyada uğurla əməliyyat olunub

Futbol kralı Pelenin sidik kisəsindən daşın götürülməsi üzrə əməliyyat uğurla tamamlanıb.

Vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun həyatına təhlükə yoxdur. Onun ümumi vəziyyəti yaxşı qiymətləndirilir.

Pelenin səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb. Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb.

Parisdən vətəninə qayıtdıqdan sonra üçqat dünya çempionu San-Paulu klinikalarından birinə yerləşdirilib. Tibbi müayinə nəticəsində onun sidik kanalında infeksiyanın olduğu müəyyənləşib.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>