Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir | SON XƏBƏR | SON XƏBƏR

Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Bakıda Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən  Sonxəbər.info-ya  verilən məlumata görə, görüş aprelin 18-dək davam edəcək.

Görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və Fondun növbəti Şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.

Tədbirdə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.

Qeyd edək ki, görüş çərçivəsində Qızılağac Milli Parkına səfər təşkil olunacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>