Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyib | SON XƏBƏR | SON XƏBƏR

Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.

Sonxəbər.info "Report"a istinadən  xəbər verir ki, bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir.

"Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>