Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək | SON XƏBƏR | SON XƏBƏR

Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək

Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək

Aprelin 11-12-də Heydər Əliyev Sarayında  Rusiyanın “Kreml baleti” teatrı Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun musiqisi ilə yazılmış “Min bir gecə” tamaşasını təqdim edəcək.

Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, kollektivin Azərbaycana səfəri sözügedən tamaşanın tərtibatını yaratmış görkəmli rəssam, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunub.

Baletin librettosu məşhur “Min bir gecə” nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyov qardaşları tərəfindən yazılıb. Quruluşçu rejissor Rusiyanın xalq artisti Andrey Petrovdur.

Moskvanın Dövlət Kreml Sarayının səhnəsində 2010-cu ildən böyük uğurla təqdim olunan bu tamaşa müxtəlif ölkələrdə də  rəğbətlə qarşılanır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>