Şərif Şərifov: "Doqquz il sonra belə nəticə göstərəcəyimi gözləmirdim" | SON XƏBƏR | SON XƏBƏR

Şərif Şərifov: “Doqquz il sonra belə nəticə göstərəcəyimi gözləmirdim”

"Birinci dəfə 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında çıxış etdim. Doqquz il sonra belə nəticə göstərəcəyimi heç gözləmirdim".

Bu sözləri Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov deyib.

O, bu uğuruna görə məşqçilərə təşəkkürünü bildirib. "Məşqçilər bizi bu çempionata çox yaxşı hazırlaşdırdılar", - deyə Ş.Şərifov əlavə edib.

İdmançı qeyd edib ki, bir müddət dincələcək. "Hələlik dincəlmək fikrim var. Ondan sonra harada və necə çıxış edəcəyimizi məşqçilərlə müzakirə edəcəyik", - deyə o əlavə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>