Sudanda hərbi çevriliş olub - YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

Sudanda hərbi çevriliş olub – YENİLƏNİB

Sudanda ordu hərbi çevriliş edib.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.


*** 09:25

Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.

Bu məlumatı Türkiyənin “NTV” telekanalı yayıb.

Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>