Sumqayıtda 58 yaşlı kişi itkin düşüb – FOTO | SON XƏBƏR | SON XƏBƏR

Sumqayıtda 58 yaşlı kişi itkin düşüb – FOTO

 Sumqayıtda 58 yaşlı kişi itkin düşüb – FOTO

Sumqayıt şəhərində 58 yaşlı kişi itkin düşüb.

 20-ci məhəllə, ev 20/29, mənzil 38 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Əlibəy Güləhməd oğlu Nəsrullayev evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 168 sm, ağbəniz sifətli, gözlərinin rəngi qarışıq, saçlarının rəngi ağ və seyrək, orta bədən quruluşludur. Əynində qara rəngli yun jaket, üzərində qəhvəyi rəngli pencək, tünd qəhvəyi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı olub.

Ə.Nəsrullayevi görüb yerini bilən şəxslərdən (018) 65-4-44-81, (018) 65-5-69-77 və (055) 260-88-88 telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>