May 1, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 01

Penitensiar xidmətdə Komissiyanın növbəti iclası keçirilib

Penitensiar xidmətdə Komissiyanın növbəti iclası keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində “Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqədi Qaydalar”ın icrası ilə əlaqədar aprel ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş iclasların müzakirəsi məqsədilə Komissiyanın növbəti iclası keçirilib. […]

Sənan Qurbanov: “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq xarakter tələb edir”

Sənan Qurbanov: “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq xarakter tələb edir”

“Ağır oyun olacağını bilirdik. “Qarabağ” bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Bu fikirləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib. Gənc mütəxəssis futbolçularını təbrik etdiyini vurğulayıb: “Qəbələ” 4-cü dəfədir ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdur”. “Qarabağ”ın […]

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana gətirilib

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana gətirilib

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli Azərbaycana gətirilib. Bu barədə yarışın rəsmi “facebook” səhifəsində paylaşım edilib. Qeyd edək ki, bu il Bakıda ilk dəfə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) təşkil ediləcək. İyulun 21-də start götürəcək idman tədbirinə qitənin 50 ölkəsindən 3600-dək idmançı və texniki heyət üzvləri qatılacaq. Bir həftə ərzində 10 idman növü – […]

Müğənnilər Rüfət Axundovla Rəşad İlyasovun həbs edilməsi tələb edilib

Müğənnilər Rüfət Axundovla Rəşad İlyasovun həbs edilməsi tələb edilib

Bu gün Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub. Bildirilib ki, R.İlyasovla R.Axundov bugünkü məhkəmə prosesinə də gəlməyiblər. Daha sonra xüsusi ittihamçı […]

Bakıda “K-pop” Koreya musiqisi festivalı keçiriləcək

Bakıda “K-pop” Koreya musiqisi festivalı keçiriləcək

Mayın 4-də Bakı Musiqi Akademiyasında “K-pop” Koreya musiqisi festivalı keçiriləcək. Festival səfirlik tərəfindən təşkil olunan sayca altıncı belə tədbir olacaq. “K-pop”, yəni “Korean pop” Qərb elektrik pop musiqisi, “hip hop”, rəqs havaları, “rythm and blues” ünsürlərinin qarışığı olan musiqi janrı kimi, Cənubi Koreyada yaranıb, sonradan bütün dünyada milyonlarla gəncin pərəstişkar olduğu böyük alt mədəniyyətə çevrilib.

Elmar Məmmədyarov Qarabağla bağlı mövqeyinə görə Uruqvaya təşəkkür edib

Elmar Məmmədyarov Qarabağla bağlı mövqeyinə görə Uruqvaya təşəkkür edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər. E.Məmmədyarov uruqvaylı […]

Avropa Liqası: “Arsenal” “Valensiya”ya qarşı oyuna futbolçu itkisi ilə çıxacaq

Avropa Liqası: “Arsenal” “Valensiya”ya qarşı oyuna futbolçu itkisi ilə çıxacaq

İngiltərənin “Arsenal” klubu İspaniya “Valensiya”sına qarşı Avropa Liqasının ilk yarımfinal matçına futbolçu itkisi ilə çıxacaq. Aaron Remsi 2 may qarşılaşmasını zədə ilə əlaqədar buraxmalı olacaq. Uelsli yarımmüdafiəçi aprelin 18-də İtaliyada “Napoli”yə 1:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin cavab görüşündə dizaltı vətərindən xəsarət alıb. O, Premyer Liqada XXXV turun “Kristal Pelas”a 2:3 hesablı məğlubiyyətlə nəticələnmiş […]

Prezident Ağstafada yol tikintisinə 3,9 milyon manat ayırıb

Prezident Ağstafada yol tikintisinə 3,9 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması […]

Donald Tramp iyulda Türkiyəyə səfər edəcək

Donald Tramp iyulda Türkiyəyə səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bunu “Sabah” qəzeti yazıb. Bu, D.Trampın ABŞ Prezidenti kimi Türkiyəyə ilk səfəri olacaq. Səfərlə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır. Aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla […]

Zakir Həsənov: “Azərbaycan yeni və müasir silahlar alacaq” – EKSKLÜZİV

Zakir Həsənov: “Azərbaycan yeni və müasir silahlar alacaq” – EKSKLÜZİV

“Azərbaycan yeni və müasir silahlar alacaq”. Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. İstanbulda keçirilən “İDEF-2019″ XIV beynəlxalq müdafiə sənayesi sərgisinə baş çəkən nazir bildirib ki, sərgidə müasir silah və avadanlıq nümayiş etdirilir: “Biz bu silahların bir qismini istifadə edirik, bir qismini isə Azərbaycan Ordusunda sınağa götürəcəyik və müxtəlif döyüş şəraitində sınaqdan keçirəcəyik. Bununla bağlı […]

Page 1 of 212