May 2, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 02

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanunu imzalayıb

Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanunu imzalayıb

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, bu dəyişiklik daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzaları müəyyən edir. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam […]

DSX-nin xüsusi məktəbinə qəbul başa çatıb – SİYAHI

DSX-nin xüsusi məktəbinə qəbul başa çatıb – SİYAHI

Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi məktəbinə qəbul üçün keçirilən imtahanın qiymətləndirilməsi başa çatıb. Bu barədə Sonxəbər.info-ya  DSX-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məktəbə qəbul üçün keçirilmiş imtahanda 1227 nəfər iştirak edib. Namizədlərin tibbi və digər yoxlamlara cəlb ediləcəyini nəzərə alaraq ən yüksək bal toplamış 101 nəfər növbəti mərhələyə keçirilib. Qəbul planına uyğun olaraq, bütün yoxlamaları uğurla keçən namizədlər […]

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda mayın 3-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mayın 3-dən 4-nə keçən gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi gündüz […]

“Çelsi”nin müdafiəçisi: “Avropa Liqasının kubokunu Bakıda da qazanmalıyıq”

“Çelsi”nin müdafiəçisi: “Avropa Liqasının kubokunu Bakıda da qazanmalıyıq”

“Avropa Liqası qitənin ikinci böyük turniridir. Biz “Çelsi”də hər mövsüm kubok barədə düşünürük”. Bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Sesar Aspilikueta Almaniyada “Ayntraxt”la keçirəcəkləri Avropa Liqasının 1/2 final mərhələsinin ilk görüşündən öncə mətbuat konfransında deyib. 30 yaşlı müdafiəçi mövsüm ərzində bir neçə titul qazanmaq ehtimallarının olduğunu, ancaq hazırda Avroliqanın yarımfinalında mübarizə apardıqlarını xatırladıb. İspaniya millisinin də şərəfini qoruyan […]

Rüstəm Usubov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Rüstəm Usubov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun birinci müavini Rüstəm Usubov bu il mayın 11-də saat 10:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Yevlax və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Sonxəbər.info-ya  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların […]

Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxəbər.info-ya  verilən məlumata görə, mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb. Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” […]

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sonxəbər.info-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. İşğal altında olan Ağdam […]