May 7, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 07

Çingiz Avropanı valeh edir

Çingiz Avropanı valeh edir

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.  Çingiz “Truth” mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə üçbucaq formal, kənarları işıqlı dekorasiya qurlaşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın sürəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin […]

Aralıq dənizində 410 miqrant ölüb

Aralıq dənizində 410 miqrant ölüb

Beynəlxalq Miqrasiya təşkilatının məlumatına əsasən, cari ilin 4 ayı ərzində Avropaya Aralıq dənizi vasitəsilə 16 806 miqrant gəlib. Həmin dövrdə 410 nəfər yolda həyatını itirib. Miqrantların 8 mini İspaniya ərazisinə daxil ola bilib. Təşkilatın məlumatına görə, təkcə İspaniya istiqamətində üzən miqrantların 410-u yolda ölüb.

Oksana “Mələyin öpüşü”nü bu dəfə Elşadsız çəkir

Oksana “Mələyin öpüşü”nü bu dəfə Elşadsız çəkir

  Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosel ilə çəkdiyi “Mələyin öpüşü” filminin ikinci hissəsini ərsəyə gətirəcək. Sənətçi bu haqda “X maqazin”ə açıqlamasında deyib. Rəsulova bildirib ki, çəkilişlər yayda başlayacaq: “Bu mövsümün ilk dram filmini ərsəyə gətirəcəm. Yeni ilə qədər tamaşaçıların ixtiyarına veriləcək. “Mələyin öpüşü” adı qalacaq. Amma aktyorlar və ssenari tam fərqlidir. […]

Nigar Camal: Londonda qadınlar tüklü gəzir

Nigar Camal: Londonda qadınlar tüklü gəzir

İki qızı ilə birlikdə Londonda yaşayan müğənni Nigar Camal orada qadınların tüklü gəzdiyini deyib. Sənətçi bu barədə “Gün ortası Zümrüdlə” verilişində qonaq olarkən deyib. İfaçının sözlərinə görə, ingilis qadınları baxımsız gəzməyə üstünlük verir: “Londonda qadınlar lazerə getmir, tüklü gəzir. Tükləri təmizləmək üçün lazerə türklər, ya da kürdlər gedir. Baxımlı deyillər. Ancaq idmanı sevirlər, hər səhər […]

Brilliant Dadaşova Mingəçevirdə konsert verəcək

Brilliant Dadaşova Mingəçevirdə konsert verəcək

Mayın 9-da Mingəçevir “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  konsert proqramı təşkil olunacaq. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, “ASAN xidmət”, Mingəçevir Şəhər İcra Hakimiyyəti və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq. Konsert proqramında Xalq artisti Brilliant Dadaşova çıxış edəcək. […]

Bakıda 25 azyaşlının iştirakı ilə fləşmob keçirilib 

Bakıda 25 azyaşlının iştirakı ilə fləşmob keçirilib 

Bakının mərkəzində, Fəvvarələr Meydanında azyaşlıların iştirakı ilə fləşmob keçirilib. “Report”un xəbərinə görə, fləşmob zamanı 25 uşaq Summer Cemin “Tamam Tamam” musiqisinin sədaları altında avar rəqsini nümayiş etdirib. Bədii rəhbər Rəsul Sofiyev “Sintez” adlı bu rəqsin 6 dərsə hazırlandığını bildirib.

Baş Prokurorluq sabiq prokurorluq əməkdaşının ölümü ilə bağlı iddialara münasibət bildirib

Baş Prokurorluq sabiq prokurorluq əməkdaşının ölümü ilə bağlı iddialara münasibət bildirib

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Emin Hüseynovun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyənin Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətindən Sonxəbər.info-ya verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Repsublikasının Baş prokuroru yanında Korrupsiyaya […]

Təhsil naziri: “Son 5 ildə 2 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”

Təhsil naziri: “Son 5 ildə 2 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsildə step yanaşmasının tədbiqi prioritet məsələlərdən biridir”. Bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsi və şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur. C.Bayramov qeyd edib ki, bu istiqamətdə növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, […]

İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May – Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim […]

Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq

Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreev ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Sonxəbər.info-ya  verilən məlumata görə, görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb. Bildirilib ki, TDƏŞ çərçivəsində üzv ölkələr müxtəlif istiqamətlərdə (siyasi, iqtisadi-ticarət, humanitar və s. sahələrdə) uğurla əməkdaşlıq edirlər. Qeyd edilib ki, üzv ölkələr […]

Page 1 of 3123