May 8, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 08

Nailə İslamzadə Türkiyədən iş təklifi aldı

Nailə İslamzadə Türkiyədən iş təklifi aldı

Tanınmış diktor Nailə İslamzadəyə Türkiyənin TRT Avaz kanalından əməkdaşlıq təklifi gəlib. Publika.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat verib. O, TRT-də işlədiyi verilişdən bəzi kadrları paylaşaraq “Yenidən təklif gəldi”, – deyə qeyd edib. Qeyd edək ki, Nailə İslamzadə AzTV-də “Ailələr, talelər” verilişinin aparıcısı olub. Daha sonra TRT Avaz kanalında yayımlanan “İşte kadın” proqramının […]

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Mayın 8-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından 27 il ötdüyünü bildirib. “İşğal nəticəsində Azərbaycanın füsünkar təbiətə malik bu şəhərindəki zəngin tarixi-mədəni […]

Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”

Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”

Şuşa qalası uzun illər ərzində Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan etmiş, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə […]

Azərbaycan Prezidenti israilli həmkarını təbrik edib

Azərbaycan Prezidenti israilli həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və […]

Ucarda yol qəzası baş verib, ölən var 

Ucarda yol qəzası baş verib, ölən var 

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. “Report”un xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonda “QAZ” və “Ford” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində olan 1 nəfərin  meyitini deformasiyaya uğrayan […]

Şahzadə Harri və Meqan Markl yeni doğulmuş körpəni ictimaiyyətə təqdim ediblər

Şahzadə Harri və Meqan Markl yeni doğulmuş körpəni ictimaiyyətə təqdim ediblər

Şahzadə Harri və Meqan Markl yeni doğulmuş körpəni rəsmən ictimaiyyətə təqdim ediblər. Onlar əllərində uşaqla Vindzor qəsrinin mərasim zalına toplaşan jurnalistlərin qarşısına çıxıblar. “O, bir arzu idi… İndi dünyanın ən yaxşı iki kişisi ilə birlikdəyəm və buna görə çox xoşbəxtəm”, – Markl deyib. Cütlük tezliklə II Elizabetə də nəvəsini göstərəcəklərini təsdiqləyiblər. Şahzadə Harri və Meqan […]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3 şöbə və 2 idarə rəisi işdən çıxarılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3 şöbə və 2 idarə rəisi işdən çıxarılıb

Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı […]

BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər müəyyənləşib

BTQ dəmiryolu xətti üzrə sərnişin qatarların hərəkət qrafiki və qiymətlər müəyyənləşib

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilir. “Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Railturkey” saytı yayıb. Məlumata görə, BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler” şirkətindən aldığı 10 […]

Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova üçotaqlı mənzil hədiyyə edib. Bu barədə “Report”a Q.İsmayılov özü məlumat verib. O, bir müddət əvvəl mənzillə bağlı Prezidentə ərizə ilə müraciət etdiyini deyib: “Bir həftə sonra mənə dedilər ki, məsələ cənab Prezidentə məruzə olunub və müsbət həll olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Xırdalanda kreditə […]

DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb

DSX rəisi Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin QuliyevDövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Bu barədə Sonxəbər.info-ya  DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib. E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, […]

Page 1 of 212