May 10, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 10

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb – FOTO

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb – FOTO

Mayın 5-də Bakıda Dövlət Bayrağı Meydanından start götürən və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ultramarafon Tbilisidə başa çatıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, marafonçu Yadigar Hüseynov ultramarafonda, ümumilikdə, 544 km yol qət edib. Y.Hüseynov marafonu Tbilisidə Heydər Əliyev adına parkda başa çatdırıb. Marafonçu ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub. […]

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. İdeologiya.az “Report”a istinadən  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Azərbaycan bir sıra mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdü təyin olunub – SƏRƏNCAM

Azərbaycan bir sıra mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdü təyin olunub – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilir: Abdullayev Ağasəlim Sahib oğlu Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu İslamzadə Akif Qədir oğlu Quliyeva Səidə Əbülfəz qızı Mütəllimova Firəngiz Bəhər qızı Nərimanova Zemfira Əli […]

Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Bakı Şəhər Prokurorluğunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Mayın 10-da Bakı Şəhər Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib. Şəhər Prokurorluğundan Sonxəbər.info-ya  verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb […]

Kiyevdə Heydər Əliyevin adını daşıyan parkda anım tədbiri keçirilib

Kiyevdə Heydər Əliyevin adını daşıyan parkda anım tədbiri keçirilib

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə ulu öndərin adını daşıyan parkda anım tədbiri keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən “Report”a verilən məlumata görə, səfirliyin əməkdaşları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin, Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin, Kiyev Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təmsilçiləri, iş adamları, diaspor nümayəndələri, soydaşlarımız ulu öndərin heykəli önünə tər çiçəklər […]

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib – YENİLƏNİB

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib – YENİLƏNİB

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər. “Report”un xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq […]

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib – FOTO – YENİLƏNİB

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib – FOTO – YENİLƏNİB

Fotolar əlavə olunub *** 09:57 Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət […]

Ümummilli lider Heydər Əliyevin xatirəsi İstanbulda yad olunub

Ümummilli lider Heydər Əliyevin xatirəsi İstanbulda yad olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət olunub. “Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və diplomatik korpusun əməkdaşları, Sarıyer rayonu bələdiyyəsinin sədri Şükrü Gəncvə yerli özünüidarəetmə orqanının təmsilçiləri, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak […]

96 min ağac əkilib

96 min ağac əkilib

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, yeni yaşıllıqlar salınır. Bu çərçivədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirib. Aksiyalar çərçivəsində Bakı şəhərinin avtomobil yollarının mühafizə zolaqlarına, yolötürücüləri və yolqovşaqlarının ərazilərinə ümumilikdə 11 min, respublikanın magistral avtomobil yollarının […]

İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib

İlham Əliyev ağacəkmə aksiyasında iştirak edib

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak edib Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

Page 1 of 212