May 11, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 11

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası keçirilib

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransı keçirilib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu konfrans artıq ikinci ildir baş tutur. Ötən il konfransın plenar iclası ADU-da, bölmələr üzrə iclasları isə […]

Əfqanıstanda partlayış nəticəsində 8 uşaq ölüb

Əfqanıstanda partlayış nəticəsində 8 uşaq ölüb

Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni vilayətində partlayış nəticəsində azı səkkiz uşaq ölüb. Vilayət rəhbərliyinin mətbuat xidmətindən bildirilib ki, uşaqlar oyun oynayan zaman təsadüfən radikal “Taliban” hərəkatı silahlılarının yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunu işə salıb və nəticədə səkkiz uşaq ölüb, ikisi yaralanıb. “Report”

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb. 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib. H.Heydərov rəqibini cərimə xalları hesabına yenib. Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib […]

Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb

Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb

Metronun “Nizamı” və “20 Yanvar” stansiyaları arasındakı xətt üzrə hərəkət edən qatarların hərəkətində 2 dəqiqəlik fasilə yaranıb. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib. B.Məmmədovun sözlərinə görə, fasilə stansiyalara xaricdən daxil olan elektrik xətlərində gərginliyin olmaması səbəbindən baş verib: “Bu xətlər stansiyaların yalnız işıqlanmasını təmin etdiyi üçün qatarların hərəkətinə təsir etməyib. Qısa zamanda alternativ mənbədən […]

Nazirlik I dərəcə əlilliyi olan şəxslərin təqaüdünün gecikməsinin səbəbini açıqlayıb

Nazirlik I dərəcə əlilliyi olan şəxslərin təqaüdünün gecikməsinin səbəbini açıqlayıb

 “I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib. Bu o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.  O deyib […]

Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb. Bu barədə “Report”a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim nəzarətində müalicə alması üçün […]

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 […]

“Neftçi” “Qarabağ”la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

“Neftçi” “Qarabağ”la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb. Qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində “Neftçi”nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub. Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma […]

Sumqayıtda 5 nəfəri öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Sumqayıtda 5 nəfəri öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə  Sonxəbər.info-ya  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar […]

DİN: Ötən gün yol qəzasında 5 nəfər ölüb

DİN: Ötən gün yol qəzasında 5 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, mayın 10-da törədilən 28 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə […]

Page 1 of 212