May 13, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 13

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığında işgüzar səfərdədir. “Report” xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub. Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı […]

Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib

Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib

Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib. Bu barədə  Sonxəbər.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq […]

Bu il icazəsiz balıq ovlanması ilə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərilib

Bu il icazəsiz balıq ovlanması ilə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərilib

“Balıqçılar bilməlidir ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir. Çünki hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir”. Sonxəbər.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. Onun sözlərinə görə, balıqların kürütökmə […]

Məktəb: Şagird dərsdən qaçmaq üçün özünü ikinci mərtəbədən atıb

Məktəb: Şagird dərsdən qaçmaq üçün özünü ikinci mərtəbədən atıb

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub. Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən “Report”a bildirilib ki, mayın 13-ü saat, təxminən, 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Qeyd olunub ki, şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal […]

Tovuzda yeni doğulmuş körpə ölüb

Tovuzda yeni doğulmuş körpə ölüb

Tovuz rayonunda yeni doğulmuş körpə ölüb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayonunun Düz Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədkərimova Asiya Pərviz qızı doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadın orada qeysəriyyə yolu ilə dünyaya oğlan uşağı gətirib. Doğuşdan bir müddət sonra körpə orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib

Məşhur karikaturaçı Omar Momani Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar yeni rəsm çəkib. Momani həlledici matçın iştirakçıları İngiltərənin “Çelsi” və Arsenal” komandasının üzvlərini Azərbaycanın səhər yeməyində təsvir edib. Fotoda “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, komandanın futbolçuları Eden Azar, N Qolo Kante, “Arsenal”dan isə Pyer-Emerik Obameyanq, Mesut Özil və Aleksandr Lyakazett yer alıb. Momani bunlarla yanaşı, “Liverpul”un baş məşqçisi […]

Penitensiar xidmət Oqtay Güləliyevin statusuna münasibət bildirib

Penitensiar xidmət Oqtay Güləliyevin statusuna münasibət bildirib

Ədliyyə Nazirliyi Penitensiar xidmət Oqtay Güləliyevin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə sosial şəbəkələrdə paylaşdığı statusa münasibət bildirib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a daxil olan məlumatda deyilir ki, Oqtay Güləliyev növbəti dəfə sosial şəbəkələrdə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə həqiqəti əks etdirməyən məlumat yayıb: […]

Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb. “Qəbələ” və “Sumqayıt” komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək. Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq. Qeyd edək ki, “Qəbələ” – Sumqayıt” matçı mayın 19-da Naxçıvan Muxtar […]

Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə […]

Ombudsman zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması üçün hökumətə təklif verib

Ombudsman zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması üçün hökumətə təklif verib

Ombudsman Azərbaycanda zorakılığa məruz qalan qadın və uşaqların təhlükəsizliyinin təmin olunması üçün regional sığınacaq mərkəzlərinin yaradılması üçün hökumətə təklif verib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib. O […]

Page 1 of 212