May 15, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » May » 15

Vergilər Nazirliyinin səlahiyyəti artırılıb

Vergilər Nazirliyinin səlahiyyəti artırılıb

Vergilər Nazirliyinin səlahiyyəti artırılıb. Bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib. Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti […]

Ağdamda tikinti-quruculuq işləri davam etdirilir

Ağdamda tikinti-quruculuq işləri davam etdirilir

2019-cu ilin birinci rübündə Ağdam rayonunda tikinti-quruculuq işləri davam etdirilir. Bu dövrdə Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bərdə şəhərində məcburi köçkünlərin yaşadığı 4 mərtəbəli yaşayış binasında 15 ədəd iki otaqlı və 3 ədəd bir otaqlı mənzillər təmir edilib. Rayon ərazisində üç mindən çox ağac əkilib. Hazırda təmas xəttinə yaxın olan yaşayış məntəqələrində […]

Brilliant Dadaşova Aygün və Faiqlə bağlı GÖRÜN NƏLƏR DEDİ

Brilliant Dadaşova Aygün və Faiqlə bağlı GÖRÜN NƏLƏR DEDİ

Xalq artisti Brilliant Dadaşova “MTV Azərbaycan”da müğənni Rəhim Rəhimlinin verilişində uzun illərdir ki, küsülü olduğu həmkarları haqqında şok açıqlamalar verib. Publika.az xəbər verir ki, tanınmış sənətçi adlarını çəkməsə də, Faiq Ağayev və Aygün Kazımovanın ünvanına sərt sözlər deyib. İstisna deyil ki, Brilliant Dadaşovanın bu açıqlamalarından sonra Xalq artsitləri arasında soyuq müharibə yenidən alovlanacaq. Brilliant Dadaşova Faiq […]

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

Prezident İlham Əliyev ”Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi” ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. “Report”un məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci […]

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

*** 12:15 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonu qəbul edib. Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan […]

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyindən Sonxəbər.info-ya verilən məlumata görə, təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə […]

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib

   Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsi könüllülərinin iştirakı ilə Zaqatala şəhərində səyyar xidmət keçirilib. DMX-dən Sonxəbər.info-ya bildiriblər ki, səyyar xidmətin imkanlarından 17 nəfər istifadə edib. Onlardan səkkizinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, iki nəfərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələri verilib. Həmçinin sağlamlıq imkanı məhdud olan bir nəfərdən […]

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng etmişdir. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etmiş, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırmışdır. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə […]

Bakıda “Səbiş” ləqəbli narkotacir saxlanılıb

Bakıda “Səbiş” ləqəbli narkotacir saxlanılıb

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. DİN-dən “Report”a bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov […]

Sabah Bakıda 29 dərəcə isti olacaq

Sabah Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bu barədə Sonxəbər.info-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti […]

Page 1 of 41234