Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb | SON XƏBƏR | SON XƏBƏR

Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb

Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb.

“Report”un Cənub Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>