"Bakı Metropoliteni"nin sözçüsü: "Gələcəkdə Azərbaycanda vaqon istehsalı mümkün olacaq" | SON XƏBƏR | SON XƏBƏR

“Bakı Metropoliteni”nin sözçüsü: “Gələcəkdə Azərbaycanda vaqon istehsalı mümkün olacaq”

"Gələcəkdə Azərbaycanda metro vaqonlarının istehsalı mümkün olacaq".

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, hazırda Bakmil deposunda metro vaqonlarının təmiri və sazlanması işləri həyata keçirilir.

"Biz layihələrimizə başlayanda əsas məqsəd vaqon istehsalı sənayesinin inkişafına nail olmaq idi. Burada yetişən kadrlarımız faktiki olaraq yeni vaqonun istehsalı prosesinə qoşula biləcəklər. Hazırda biz 3 qatar, yaxud 15 vaqonumuzu təmir edib xəttə buraxmışıq. Biz bu vaqonlarda yalnız kondisionerləri quraşdıra bilmirik. İstehsalçı qurumla apardığımız danışıqlar və araşdırmalarımız nəticəsində məlum oldu ki, köhnə vaqonlara kondisionerlərin quraşdırılması faktiki olaraq yeni vaqonların hazırlanmasına bərabərdir", - deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, qurum bu il ərzində tədris mərkəzini istifadəyə verməyi planlaşdırır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>