Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri bəlli olub | SON XƏBƏR | SON XƏBƏR

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri bəlli olub

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri bəlli olub

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif 16 -22 sentyabrda Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri seçilib.

Müğənnu dünya çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, dünya çempionatının daha bir səfiri dünya çempionu, olimpiya mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır. Hər iki ulduz səfir aprel ayında paytaxta baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokununu izləyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>