Bu il icazəsiz balıq ovlanması ilə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərilib | SON XƏBƏR | SON XƏBƏR

Bu il icazəsiz balıq ovlanması ilə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərilib

“Balıqçılar bilməlidir ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir. Çünki hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir".

Sonxəbər.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye üsulu ilə balıq ovu qadağan edilib: "Lakin brakonyerlərin yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadlara səbəb olacaq”.

İ.İbrahimova qeyd edib ki, Nazirlik icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir: "Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir".

"Bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya nazirliyə məlumat verməkdir. Məncə bu cür yanaşma daha effektiv və faydalı olar. Balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Nazirlər Kabinetinin “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprelin 1-dən, Xəzər dənizində isə mayın 1-dən sentyabrın 1-dək qadağandır”, - deyə nazirlik rəsmisi əlavə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>