Cəlilabadda qeyri-adi kartof yetişib - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Cəlilabadda qeyri-adi kartof yetişib – FOTO

Cəlilabad rayonunda fərdi təsərrüfatda qeyri-adi formalı kartof yetişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bədirli kəndində, Həsən Quliyevin təsərrüfatında qeydə alınıb.

Fermer uzun illərdir kartof əkini ilə məşğul olsa da, ilk dəfədir təsərrüfatında ürək formasında kartof yetişdiyini bildirib.

O həmçinin qeyd edib ki, kartof görənlərin təəccübünə səbəb olur.

Qeyd edək ki, Cəlilabad rayonu Azərbaycanda kartofçuluq rayonu kimi tanınır. Təkcə bu il Cəlilabaddan Rusiya bazarlarına 25 min ton kartof ixrac olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>