Çaylarda suyun səviyyəsində dəyişiklik olub | SON XƏBƏR | SON XƏBƏR

Çaylarda suyun səviyyəsində dəyişiklik olub

Çaylarda suyun səviyyəsində dəyişiklik olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, ötən günlər ərzində yağan yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın bəzi çaylarında sululuq artmış, Kişçay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

Bundan başqa, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 40-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 490 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 400 kub/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 177 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 87 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 140 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 339 kub/s qeydə alınıb ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 166 kub/s təşkil etməklə ongünlük normadan az olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>