Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib | SON XƏBƏR | SON XƏBƏR

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib

 Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib

 Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsi könüllülərinin iştirakı ilə Zaqatala şəhərində səyyar xidmət keçirilib.

DMX-dən Sonxəbər.info-ya bildiriblər ki, səyyar xidmətin imkanlarından 17 nəfər istifadə edib. Onlardan səkkizinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, iki nəfərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələri verilib. Həmçinin sağlamlıq imkanı məhdud olan bir nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi, bir nəfərdən isə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. Bundan başqa, beş nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Xidmət istifadəçilərinin hər birinə BMT Baş Assambleyasının qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının icrası üzrə görülmüş işlər, ölkəmizdə əməkçi miqrantların və onların hüquqlarının təminatı sahəsində reallaşdırılan tədbirlər barədə məlumat verilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>