Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb | SON XƏBƏR | SON XƏBƏR

Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb

​Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb

Metronun “Nizamı” və “20 Yanvar” stansiyaları arasındakı xətt üzrə hərəkət edən qatarların hərəkətində 2 dəqiqəlik fasilə yaranıb.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

B.Məmmədovun sözlərinə görə, fasilə stansiyalara xaricdən daxil olan elektrik xətlərində gərginliyin olmaması səbəbindən baş verib:

“Bu xətlər stansiyaların yalnız işıqlanmasını təmin etdiyi üçün qatarların hərəkətinə təsir etməyib. Qısa zamanda alternativ mənbədən elektrik enerjisinin verilişi bərpa edilib və 3 dəqiqə ərzində mərhələli şəkildə stansiyaların işıqlandırılması da bərpa edilib. Hazırda əməkdaşlarımız problemin səbəbini araşdırmaqla məşğuldurlar”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>