Fransada “sarı jiletlilər”in 27-ci aksiyası keçirilib | SON XƏBƏR | SON XƏBƏR

Fransada “sarı jiletlilər”in 27-ci aksiyası keçirilib

 Fransada “sarı jiletlilər”in 27-ci aksiyası keçirilib

Fransada ”sarı jiletlilər” 27-ci dəfə etiraz aksiyası keçirib.

Şənbə günü minlərlə insan növbəti dəfə küçələrə çıxıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyada 15,5 min nəfər iştirak edib.

Lakin təşkilatçılar bu rəqəmlə razı deyillər. Onların məlumatına görə, aksiyada 40,5 min fransız iştirak edib.

Etirazçıları polis dəstələri müşayiət edib. Aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ən kəskin qarşıdurma Reymsdə olub.

Fransada şənbə günü keçirilən “sarı jiletlilər” hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>