Göyçayda üç maşın toqquşub, xəsarət alanlar var | SON XƏBƏR | SON XƏBƏR

Göyçayda üç maşın toqquşub, xəsarət alanlar var

Göyçay rayonunda zəncirvari qəza baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223-cü kilometrliyində, Göyçay şəhərinin Xurşudbanu Natavan küçəsində qeydə alınıb.

Yevlax istiqamətində hərəkət edən "VAZ-21015" markalı minik maşını idarəetməni itirərək digər iki "VAZ" markalı avtomobillərə çırpılıb. Nəticədə sürücülərdən biri - İntiqam Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>