Hərbi hissə komandirləri müavinlərinin toplantısı keçirilib | SON XƏBƏR | SON XƏBƏR

Hərbi hissə komandirləri müavinlərinin toplantısı keçirilib

Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən, hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, ictimaiyyətlə əlaqələr üzrə baş köməkçiləri, həmçinin mədəni-kütləvi iş üzrə köməkçiləri ilə “Hərbi qulluqçuların mədəni-asudə vaxtlarının və xidmət şəraitinin təşkilinin aktual məsələləri” mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyindən Sonxəbər.info-ya verilən məlumata görə, seminarda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin ötən dövründə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edildiyini, bu sahənin daim diqqət mərkəzində olduğunu bildirib.

Nazir müavini vəzifəli şəxslərin Ali Baş Komandanın, Müdafiə nazirinin bütün tələb və göstərişlərini məsuliyyətlə yerinə yetirəcəklərinə əmin olduğunu qeyd edib.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev 2019-cu il ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili və digər sahələrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi xidmət təhlükəsizliyinin təmin edilməsi, hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və digər mövzularında məruzələr dinlənilib, bölmələrdə mədəni-asudə vaxtın təşkili məqsədilə tədris filmləri nümayiş olunub, bu işin daha səmərəli həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər irəli sürülüb.

Sonda zabit heyətinə seminarın mövzusu ilə bağlı müvafiq tövsiyələr verilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>