“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası keçirilib | SON XƏBƏR | SON XƏBƏR

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransı keçirilib.

Sonxəbər.info "Report"a istinadən  xəbər verir ki, bu konfrans artıq ikinci ildir baş tutur.

Ötən il konfransın plenar iclası ADU-da, bölmələr üzrə iclasları isə 12 ölkənin 14 universitetində olub. Bu il bölmələr üzrə iclasların Azərbaycanın köçkün məktəblərində keçirilməsi təşəbbüsü ADU-nun rektoru, akademik Kamal Abdullaya məxsusdur.

Mayın 7-də “Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransın “Heydər Əliyev və müasir Azərbaycan” adı altında bölmə iclası N.Aslanov adına Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilib.

Cəbrayıl rayonu icra hakimiyyəti başçısının birinci müavini və YAP-ın rayon təşkilatının sədri Arif Fərzəliyev qonaqları və konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən danışıb.

Arif Fərzəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük işlərdən danışıb.

Daha sonra ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Tamam Cəfərova çıxış edib. O, konfransın ümumi özəlliklərindən, Azərbaycanda multikultural dəyərlərin önəmindən və ulu öndər Heydər Əliyevin bu yönümdə olan töhfələrindən bəhs edib.

ADU SABAH mərkəzinin rəhbəri Aynur Budaqova konfransa təqdim etdiyi “Multikultural cəmiyyətdə tələbənin görmək istədiyi müəllim” adlı tezisini şagirdlərlə interaktiv şəkildə müzakirə edib.

ADU-nun ingilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının müdiri Amil Cəfərov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və məktəbin müəllimi Orxan Əlibəyov öz tezislərini konfrans iştirakçılarına təqdim ediblər.

Cocuq Mərcanlı kənd icmasının sədri, əmək qəhrəmanı Oqtay Həziyevin “əməyə dəyər” çağırışı ilə maarifləndirici çıxışı diqqəti cəlb edib.

Sonra ADU-nun prorektoru Tamam Cəfərova konfrans iştirakçılarını təltif edib.

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölgələr üzrə bölmə iclası başa çatdıqdan sonra ADU müəllim heyəti Cəbrayıl rayonu icra hakimiyyətinin başçısı Kamal Həsənovla və bir neçə rəsmi şəxslərlə görüşüb.

Görüşdə düşmən işğalı altında olan torpaqlar, Milli Qəhrəmanlar və Aprel döyüşlərindən bəhs olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>