Hicran Hüseynova: “Azərbaycanda ailə zorakılığı, təhsildən yayınma və erkən nikah problemləri var” | SON XƏBƏR | SON XƏBƏR

Hicran Hüseynova: “Azərbaycanda ailə zorakılığı, təhsildən yayınma və erkən nikah problemləri var”

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

“Dünyanın bir çox ölkələri gözəl ailə modeli layihəsi çərçivəsində həyata keçirdikləri tədbirlərdə Azərbaycanın da təmsil olunmasını istəyirlər. Bununla bağlı təkliflər almışıq”.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ailə modeli yalnız dünyanın 7-8 ölkəsində var: “Ölkəmizdə çox gözəl ailə modeli var. Biz Azərbaycanda sağlam, təhsilli ailələrin inkişaf etməsini istəyirik. Eyni zamanda sosial problemli ailələrin müdafiəsi də bizim siyasətin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanda ailə zorakılığının, təhsildən yayınma və erkən nikahların qarşısının alınmsı gündəlikdə olan problemlərdir. Təbii ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməzdi”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>