Hindistanda "Fani" qasırğası qurbanlarının sayı 64 nəfərə çatıb | SON XƏBƏR | SON XƏBƏR

Hindistanda “Fani” qasırğası qurbanlarının sayı 64 nəfərə çatıb

Hindistanda "Fani" qasırğası 64 nəfərin həyatına son qoyub.

Bu barədə "Report" NDTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə Puri şəhərinə güclü zərər vurub. Xilasedicilər sulardan 18 cəsəd çıxarıblar.

Regionda bərpa işlərinə başlanılıb. Təbii hadisənin vurduğu ziyanın miqdarı hesablanır.

Qeyd edək ki, "Fani" qasırğası Hindistanda mayın 3-də tüğyan edib. Təbii hadisə son 20 ildə ölkə tarixində ən dağıdıcı qasırğadır.

Daha əvvəl bildirilirdi ki, "Fani" qasırğası qurbanlarının sayı 33 nəfərə çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>