İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | SON XƏBƏR | SON XƏBƏR

İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

 İcra başçısı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd dək ki, T.Qaraşov 1959-cu ilin may ayının 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub.

1991-1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Mayın 20-də onun 60 yaşı tamam olur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>