İslandiya "Eurovision"da Fələstin bayrağına görə cəzalandırıla bilər | SON XƏBƏR | SON XƏBƏR

İslandiya “Eurovision”da Fələstin bayrağına görə cəzalandırıla bilər

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi (ЕВС) yarışmanın birbaşa efiri zamanı üzərində Fələstin bayrağının əksi olan bannerin nümayiş etdirilməsinə görə İslandiyaya qarşı sanksiya məsələsini müzakirə edir.

Fələstin bayrağı iki dəfə "Eurovision"un birbaşa efirinə düşüb.

Bayrağı İslandiyanın "Hatari" qrupu və Madonnanın truppasındakı rəqqaslar nümayiş etdirib.

ЕВС xatırladıb ki, "Eurovision" siyasi tədbir deyil və tanınmamış ölkələrin bayrağının nümayiş olunması müsabiqənin qaydalarına ziddir.

Müsabiqə İsrailin Tel-Əviv şəhərində keçirilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>