Kəndimizin son günü: Özəl 145-ci fəsil | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü: Özəl 145-ci fəsil

Kəndimizin son günü:  Özəl 145-ci fəsil

Yaddaşlarımızda,gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Ermənilər o qədər həyasızlaşıb qudurmuşdular ki,hərbi hissədə mülki vəzifələrdə işləyən zabit arvadlarınada açıq-aşkar sataşmaqdan,söz atmaqdan çəkinməyərək,namus,qeyrət kimi hisslərdə özlərinin tayı olan ruslardan  heç bir təpki görməyərək  bu sırtıq qadınlarla iş yerlərində belə hərəkətləri adi bir işə çevirmişdilər.Rus qadınları da ərləri görsələr də çəkinməyərək iş otaqlarında qapıların arxasındakı çəftəni bəzən keçirmədən belə  yupkalarını çırmalamağa da gündəlik iş kimi baxaraq,əxlaqsızlıqlardan zövq alırdılar.

Boylu-buxunlu,yaraşıqlı olduğu qədər də sadədil,ürəyi açıq evin tək oğlu olduğundan naz-nemətlə qayğısı çəkilə-çəkilə böyümüş Sahib də təbii rus dilini yaxşı bilmədiyindən ermənilərin daim təzyiqləri,təxribatçı hərəkətləri barədə zabitlərə fikrini çatdıra bilmədiyindən dözülməz şəraitdə hərbi xidmətini davam etdirməyə,necə deyərlər canını dişinə tutaraq tab gətirsədə,erməniləri cavabsızda buraxmır,Allahın bol verdiyi   fiziki gücü ilə onları yerinə oturda bilirdi.

Rus zabitlərindən azca insafı-mürvəti olanlardan bəziləridə Sahibə boy-buxununa görə ermənilərin xüsusi antipatiyasını görsələrdə,başlarını bulayıb keçirdilər ki,ermənilərin himayədarlarına görə onlara gözün üstə qaşın var demək olmur,birtəhər dözmək,sağ-salamat xidməti başa vurmağa çalışmaqdan özgə çıxış yolu görünmür.Nəhayət ermənilər növbəti təxribatlarının birinədə qanlı istəklərinə nail oldular.Beş-altı nəfərlik quduzlaşmış dəstə ilə Sahibi ortaya alaraq onu çəkmək məqsədi ilə azəri türklərinin ünvanına özlərinə layiq olan həqarətləri etməkdən əl çəkməyəndə,Vətənını xalqını canından artıq sevən bu məğrur türk oğlu,Rüstəmov  Sahib Rüstəm oğlu onların cavabını verərək irəliyə gələnlərin ağızlarını-burunlarını əzsədə qəfləti aldığı küt alət parçası ilə vurulan,təbii ki,arxadan(ermənilər nə vaxt üz-üzə döyüşə biliblər ki,)ağır zərbədən yıxılır və vəşiləşmiş ermənilər onu qətlə yetirirlər.Sovet dövrü erməni-rus əli ilə şəhid edilən digər igidlərimizin faciələri  kimi Sahibin qətlinin üstü açılmadı,atası ora-bura müxtəlif ünvanlara müharibə iştirakçısı kimi şikayətlər ünvanlasada xeyri olmadı.Novruzlunun ləyaqətli kişilərindən olan,rus dilini səlis bilərək,qoçaqlığı,iş bilməsi  ilə camaatın həmişə köməyinə yetən cənnətməkan Yaqub Məmmədov hərbi hissənin olduğu uzaq rus şəhərinə gedərək rəsmilərlə görüşsədə,qətlin ciddi istintaqını tələb etsədə xeyri olmadı,həmişə olduğu kimi rəsmiləşdirib sənədləşdirərək Sahibin meydini aparmaq üçün ora Məmmədov Yaqubla birlikdə getmiş qohumlarına Vətənə aparmağa verməklə işlərini bitmiş hesab etdilər.Adətən belə hallarda əsgərin nəşi evlərinə dəfn olunmaq üçün dövlət hesabına məsafələri ödənməklə yola salınmalı olsada,harınlamış heç nədən çəkinməyən ruslar bu dəfə onuda etmədilər.Xeyli xərcə əziyyətə düşən Məmmədov Yaqubla uzaq rus şəhərinə  gedənlərə Rüstəm kişinin qohum-əqrəbası xeyli xərc çəkərəkəzizlərinin nəşini Vətənə gətirə bilirlər.Bildiyim qədər canından artıq sevdiyi,gözlərinin işığı,evinin ümüdi oğlunun qəfil gələn qara xəbərindən ağır sarsıntı keçirərək yorğan döşəyə düşən,çarpayı dustağı olan Rüstəm kişinin vəziyyəti ağır olduğundan sağ-salamat,deyə-gülə,hərbi xidmətə yola saldıqları,cəsur,igid,yarlı-yaraşıqlı,türk oğlunun Sahibin erməni-rus əli ilə qətlə yetirilmiş,dörtkünc tabuta güclə sığan meytini gətirmək üçün özü gedə bilmədiyindən yuxarıda yazdığım kimi Məmmədov Yaqubla yaxın qohum-əqrəbası uzaq Rusiyanın ucqarındakı,ayazlı-boranlı şəhərə getməli,min bir əziyyətə qatlaşmalı,necə deyərlər,sözün əsl mənasında zülm çəkməli olmuşdular.

Sahibin dəfni də izdihamlı,gur,odlu,el-oba bir nəfərə kimi qara xəbərin,qara yaylıqla bir asıldığı,Rüstəm kişinin geniş ,səliqəli,həyətinə gələrək,yaxınlarının axan aramsız göz yaşlarının bozarmış,dərdi qırışların naxışladığı tüklü sifətində iz salan bu əzəmətli el ağsaqqalına gücü çatdığı işin qulpundan yapışmağı özünə  borc bilən camaat təsəlli verərək mərasimin bütün uyğun qaydalarla keçməsində dərtdən az qala başlarını itirmiş ailəyə yardımçı oldular.Çiyinlərdə Sahibin cənazəsini rayon mərkəzinə gedən,qəbirstanlığımızın olduğu təpələrdən enərək Qarqarın dəli yatağından keçərək rayon mərkəzinə dolanan daş yola çıxarardaraq,orda bayaqdan insan izdihamının arxasınca az qala addım-addım gələn,xalılarla,fərşlərlə bəzənmiş,cənnətməkan İbiş Kazımovun idarə etdiyi,iri cağlı QAZ-51-nin kuzovuna qoyular,ailənin ən yaxın simsarlarıda ora qalxar,  qalan camaat da sıralanmış irili-xırdalı maşınlara əyləşərək Misir kişinin paslanmış dəmir darvazanı bayaqdan taybatay açıq qoyaraq,özü qəbri qazanların yanına gedərək,işə-gücə əl yetirdiyi,and yerimiz olan,müqəddəs məkana üz tutardılar.Adətən kənddə kimsə rəhmətə qəbr yeri qazmağa təklif gözləmədən,kürək,dik ağızlı belini götürərək qəbrstanlığa hüzr sahibinin yaxını,ərki keçəni ilə yol alan  Rüstəm kişi demək olar ki,mexaniki hərəkətlə daxildən gələn güclə özünü zorla toplayıb yaxınları ilə əyləşdiyi maşından birtəhər düşərək,kənara çəkilib,heçnə ifadə etməyən baxışlarını bozarmış göylərə dikərək başına gəlmiş bu qəfil müsibətin necə deyərlər şokunu yaşayırdı.Hələ Sahibin cənazəsi həyətdən çıxarılarkən anasının,bacılarının sinələrə dağ çəkən ah-nalələri nələr,nələr gələn fəsildə oxuyacaqsınız.

Teylor Fətişoğlu.

İdeologiya.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>