"Keşlə" çox vacib oyunda məğlub olub | SON XƏBƏR | SON XƏBƏR

“Keşlə” çox vacib oyunda məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun açılış oyunu keçirilib.

"Keşlə" "ASK Arena"da "Zirə" komandasını qəbul edib.

Görüş "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 26-cı dəqiqədə açılıb. Xulio Sezar Rodriqez qonaqları hesabda önə çıxarıb. 28-ci dəqiqədə "Keşlə" komandası azlıqda qalıb. Denis Silva etdiyi kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulub. 45-ci dəqiqədə cərimə meydançası daxilində Cabir Əmirliyə qarşı qayda pozuntusuna görə İnqilab Məmmədov penalti təyin edib. Topa yaxınlaşan Conatan Ayite hesabı bərabərləşdirib -1:1

İkinci hissəyə sürətli başlayan "Zirə" hesabda önə keçib. 47-ci dəqiqədə Xulio Sezar Rodriqez qapıçıdan qayıdan topu tora qovuşduraraq dubl edib. 52-ci dəqiqədə Mfo Kqasvane qapıçı ilə təkbətək dueldən qalib ayrılaraq, hesab arasındakı fərqi 2 topa çatdırıb - 3:1.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Zirə" 1 oyun az keçirən "Sabah"ı qabaqlayaraq 5-ci sıraya yüksəlib. "Keşlə" isə topladığı 20 xal ilə sonuncu - 8-ci yerdə qərarlaşıb. Əgər "Sumqayıt" komandası bu gün "Sabah"la keçirəcəyi matçda 1 xal qazanarsa, sona 1 tur qalmış "Keşlə" kollektivinin Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək.

Manaf Qasımbəyli


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>