Madonna "Eurovision"un finalında çıxış edəcək | SON XƏBƏR | SON XƏBƏR

Madonna “Eurovision”un finalında çıxış edəcək

Madonna mayın 18-də Təl Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin finalında çıxış edəcək.

Bu barədə Kan İctimai Yayım Şirkəti məlumat yayıb.

Bununla bağlı dünya şöhrətli müğənni ilə müsabiqənin təşkilatçısı olan yayım şirkəti arasında müqavilə imzalanıb.

“Yedioth Ahronoth”un məlumatına görə, Madonnanın finaldakı konsertinin 1,3 milyon dollar məbləğindəki xərclərini israilli-kanadalı milyarder Silvan Adams ödəyəcək.

Müğənninin "Eurovision"un finalında üç mahnı ifa edəcəyi gözlənilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>