Madonna və islandiyalılar "Eurovision"un finalında Fələstin bayrağı nümayiş etdiriblər | SON XƏBƏR | SON XƏBƏR

Madonna və islandiyalılar “Eurovision”un finalında Fələstin bayrağı nümayiş etdiriblər

Amerika pop-ulduzu Madonna və İslandiyanın "Hatari" qrupu"Eurovision"un beynəlxalq mahnı müsabiqəsinin İsrailin Tel-Əviv şəhəridə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər.

Müsabiqədənkənar proqramla çıxış edən Madonnanın nömrəsində kürəyində İsrail və Fələstin bayraqlarının əks olunduğu iki rəqqas əl-ələ tutaraq qucaqlaşıblar.

Finalın 26 iştirakçısı arasında 10-cu yeri tutan islandiyalılar birbaşa televiziya efirində nəticələri elan olunan zaman üzərində "Palestine" yazılmış və Fələstin bayrağı rənglərinin əks olunduğu ən azı iki şərf nümayiş etdiriblər. Sonradan onlar müsabiqə təşkilatçılarının qadağan olunmuş atributu qrup üzvlərinin əlindən almalarını əks etdirən fideoçarx paylaşıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>