Mahir oradan da atasının adını və soyadını sildirdi | SON XƏBƏR | SON XƏBƏR

Mahir oradan da atasının adını və soyadını sildirdi

Mahir oradan da atasının adını və soyadını sildirdi

Mədətovlar ailəsindəki qalmaqal son günlər gündəmdən düşmür.

Sonxəbər.info  Axşam.az-a istinadən xəbər verir ki, prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və başqası ilə ailə qurmasını övladları qəbul etməyib.

Prodüserin oğlu, “Qarabağ” futbol klubunun üzvü Mahir atasının adından və soyadından imtina edərək, əvvəlcə şəxsiyyət vəsiqəsini dəyişdirib. Bu dəfə isə Mahir “Wikipedia”da özü ilə bağlı bütün məlumatlarını dəyişdirib. O, atası ilə bağlı hissəni oradan sildirib. Mahir şəxsiyyət vəsiqəsində olduğu kimi atasının adını Mahir, soyadını isə Emreli kimi qeyd edib.

Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurur. Cütlüyün xına mərasimi olub. Anar bildirib ki, toy etməyəcək. O, artıq kəbin kəsdirdiyini açıqlayıb.

Anar və Elnurə cütlüyünün iki övladı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>