“Mançester Siti” “Lester Siti” üzərində qələbə qazanaraq yenidən liderliyə yüksəlib | SON XƏBƏR | SON XƏBƏR

“Mançester Siti” “Lester Siti” üzərində qələbə qazanaraq yenidən liderliyə yüksəlib

“Mançester Siti” “Lester Siti” üzərində qələbə qazanaraq yenidən liderliyə yüksəlib

Mayın 6-da İngiltərə Premyer Liqasının 37-ci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu qarşılaşması “Mançester Siti” ilə “Lester Siti” klubu arasında olub.

Görüş meydan sahibi – “Mançester Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 70-ci dəqiqəsində Vinçesnt Kompani olub.

Bu qələbə sayəsində “Mançester Siti” xalların sayını 95-ə çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib, onun əsas rəqibi “Liverpul” isə “şəhərlilər”dən bir xal geri qalır. “Lester Siti” 51 xalla doqquzuncu yerdə qərarlaşıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>