Marneulidə seçki məntəqələrində insident olub, hadisə yerinə polis çağırılıb | SON XƏBƏR | SON XƏBƏR

Marneulidə seçki məntəqələrində insident olub, hadisə yerinə polis çağırılıb

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndinin 49 və 89 saylı seçki məntəqələrində insident baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qeydiyyatdan keçməmiş müxalif “Avropalı Gürcüstan” partiyasından olan müşahidəçi 49 saylı seçki məntəqəsinə daxil olub.

Müşahidəçi məntəqədə səs-küy salıb və onu binadan uzaqlaşdırıblar.

Analoji insident 89 saylı məntəqədə də qeydə alınıb. Hadisə yerinə patrul polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra seçki məntəqəsindəki vəziyyət sakitləşib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>