Meksikada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb | SON XƏBƏR | SON XƏBƏR

Meksikada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Meksikada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Mayın 10-da ölkəmizin Mexikodakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, Mexiko şəhərinin Migel Hidalqo bələdiyyəsinin və yerli KİV-lərin təmsilçiləri, Azərbaycanın Meksikalı dostları iştirak ediblər.

Ölkəmizin Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. Diplomat Ulu Öndərin müasir Azərbaycanın banisi olduğunu, onun ölkəmizin tarixində həlledici rol oynadığını vurğulayaraq, Vətənimizi xaos və böhrandan xilas etdiyini, dünyanın geosiyasi baxımdan ən mürəkkəb regionlarından birində yerləşən respublikamızı müdrik və uzaqgörən siyasəti nəticəsində qısa vaxtda qabaqcıl və nüfuzlu ölkəyə çevirməyə nail olduğunu bildirib.

M.Talıbov deyib ki, hər bir azərbaycanlı gündən-günə daha da inkişaf edən, güclənən və dünyada nüfuzu artan ölkəmizi müşahidə edərkən Ulu Öndərin Azərbaycan tarixində misilsiz rolunu və onun verdiyi müdrik qərarların müsbət nəticələrini daha da yaxşı anlayır. Bildirilib ki, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev bütün həyatını öz Vətəninə – doğma Azərbaycana həsr edib və onun xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Müvəqqəti işlər vəkili Heydər Əliyev irsinin dünyada tanıdılmasında, onun gələcək nəsillərə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaranmasının 15-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Fondun həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə mədəniyyət, humanitar, təhsil və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini qeyd edib. Bildirib ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi davamlı uğurlar, ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı layihələrin böyük müvəffəqiyyətlə həyata keçirilməsi məhz Ulu Öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin əks etdirən materiallarla tanış olublar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>