Moskvada faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilib | SON XƏBƏR | SON XƏBƏR

Moskvada faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində - Qırmızı meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilib.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev iştirak edib.

V.Putin dünya birliyini vahid təhlükəsizlik sistemi yaratmağa çağırıb: "Rusiya terrorizm, ekstremizm və neonasizmlə mübarizə aparmaq üçün bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Biz bütün ölkələri təhlükəsizlik sisteminin effektiv və bərabər yaradılması üçün birgə hərəkət etməyə çağırırıq".

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən qəbul edilən və quru qoşunlarının baş komandanı Oleq Salyukov tərəfindən idarə edilən parada 13 min hərbçi və 130 ədəd döyüş texnikası qatılıb.

Paraddan sonra Azərbaycan diasporunun da qatılacağı "Ölməz alay"ın yürüşü başlayacaq.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>