Nazir müavini: “Bəzi müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər” | SON XƏBƏR | SON XƏBƏR

Nazir müavini: “Bəzi müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər”

Təhsil ­nazirinin müavini Fir­udun Qurbanov

“Son zamanlar orta məkəblərdə şagirdlərin intihara əl atmasının səbəbləri çoxdur. Bu səbəblərdən biri də ailədaxili mühitdir, münaqişələrdir. Bu mühit bəzi hallarda uşaqların psixikasını pozur. Belə olan zaman həkimlər işə qarışmalıdır”.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, bəzən sarsıntılara məruz qalan məktəblilələrə müəllimlər tərəfindən yaxşı münasibət göstərilmir: “Bəzi hallarda müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər. Təhsil Nazirliyini bu məsələlərə çox həssas yanaşır. Biz bununla bağlı tədbirlər planı hazırlayırıq. Məktəblərdə mühitin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xüsusi planlar nəzərdə tutulub”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>