Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib | SON XƏBƏR | SON XƏBƏR

Neftçalada baş verən ağır yol qəzasında yaralananlar Bakıya göndərilib

Neftçala rayonunda baş verən ağır yol qəzasında yaralanan şəxslər Bakıdakı xəstəxanaya köçürülüb.

Bunlar Yardımlı rayon sakinləri - 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.

Onların müalicəsinin Bakıdakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində baş verib. “Ford” markalı mikroavtobus qarşıda gedən "KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>