"Neftçi" "Qarabağ"la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb | SON XƏBƏR | SON XƏBƏR

“Neftçi” “Qarabağ”la oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Qiymət bütün sektorlara 50 manat təşkil edir. Mövsüm ərzində “Neftçi”nin ev oyunlarında biletlərin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat olub.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>