Ölkə Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub | SON XƏBƏR | SON XƏBƏR

Ölkə Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub

"Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının startına yarım saat qalmış Naxçıvan Muxtar Respublikası stadionunun tribunalarının yarıdan çoxu dolub.

Əməkdar artist Tünzalə Ağayeva görüşə bir saat qalmışdan sevimli mahnılarını səsləndirməyə başlayıb.

Tədbirin aparıcısı Kamran Həsənlidir. Komandalar mahnı sədaları altında məşqə çıxıblar.

Matçı izləməyə gələnlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikası rəsmiləri də var.

Qeyd edək ki, görüş saat 17:00-da başlanacaq.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>