Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib | SON XƏBƏR | SON XƏBƏR

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib

Məşhur karikaturaçı Omar Momani Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar yeni rəsm çəkib.

Momani həlledici matçın iştirakçıları İngiltərənin "Çelsi" və Arsenal" komandasının üzvlərini Azərbaycanın səhər yeməyində təsvir edib.

Fotoda "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri, komandanın futbolçuları Eden Azar, N Qolo Kante, "Arsenal"dan isə Pyer-Emerik Obameyanq, Mesut Özil və Aleksandr Lyakazett yer alıb. Momani bunlarla yanaşı, "Liverpul"un baş məşqçisi Yurgen Kloppu da karikaturaya əlavə edib. O, "Cənab, Klopp, bizə qoşul! Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hər kəsi xoşbəxt edir! Bunu mütləq dadın!" yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>