Ombudsman zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması üçün hökumətə təklif verib | SON XƏBƏR | SON XƏBƏR

Ombudsman zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması üçün hökumətə təklif verib

Ombudsman Azərbaycanda zorakılığa məruz qalan qadın və uşaqların təhlükəsizliyinin təmin olunması üçün regional sığınacaq mərkəzlərinin yaradılması üçün hökumətə təklif verib.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bu təkliflə bağlı müvafiq işlər aparılır: "Azərbaycanda hüquq və azadlıqların təmin olunmasında bir sıra uğurlar əldə olunub. Eyni zamanda qadın və uşaqlara qarşı zorakılıqların aradan qaldırılması istiqamətində də mütəmadi olaraq işlər aparılır. Biz də bu istiqamətdə bir sıra təkliflərlə yanaşı Azərbaycanda zorakılığa məruz qalan qadın və uşaqların təhlükəsizliyi üçün regional sığınacaqların yaradılması təklifini vermişik. Qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısı alınmalıdır. Təbii ki, hər rayon və şəhərdə sığınacaq mərkəzlərinin yaradılması mümkün olmasa da, buna hazırda ehtiyac var".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>