Özbəkistan Milli İnformasiya Agentliyi Şeyxülislam Allahşükür Paşazadənin məqaləsini yayıb | SON XƏBƏR | SON XƏBƏR

Özbəkistan Milli İnformasiya Agentliyi Şeyxülislam Allahşükür Paşazadənin məqaləsini yayıb

Özbəkistan Milli İnformasiya Agentliyi Şeyxülislam Allahşükür Paşazadənin məqaləsini yayıb

Özbəkistan Milli İnformasiya Agentliyi (UzA) Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin rus dilində “İslam həqiqətin dərkidir” sərlövhəli məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə dünyada tanınmış özbək ilahiyyatçı alim Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin həyatı və fəaliyyəti, teoloq alim kimi yazdığı kitablar haqqında ətraflı söhbət açılır. Materialda bildirilir ki, Daşkənddə Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin adına “Vəqf” Xeyriyyə Fondu yaradılıb, onun şərəfinə kompleks tikilib.

Yazıda özbək ilahiyyatçı alimin müsəlman dünyasında böyük nüfuz sahibi olduğu vurğulanır. Qeyd edilir ki, Özbəkistanın çətin günlərində şeyx sülh və sabitlik üçün nə lazımsa edib, İslamın tam anlaşılması üçün illərlə əhali arasında maarifləndirmə işi aparıb. O, “Açıq məktub” adlı kitabında İslamın dünya dini olduğunu yazıb.

Məqalədə Şeyx Məhəmməd Sadıq Məhəmməd Yusifin kitablarının Özbəkistanda və İslam dünyasında məşhur olduğu da diqqətə çatdırılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>