Pakistanda məsciddə partlayış olub, ölənlər var - FOTO | SON XƏBƏR | SON XƏBƏR

Pakistanda məsciddə partlayış olub, ölənlər var – FOTO

Pakistanın Baloçistan əyaləti mərkəzi Quetta şəhərinin Paştunabad qəsəbəsindəki Rəhmaniyə məscidində güclü partlayış nəticəsində imam da daxil olmaqla azı 2 nəfər ölüb, 15-dək insan yaralanıb.

“Report” GeoTV-yə istinadən xəbər verir ki, Quetta Mülki Xəstəxanasına çatdırılan yaralananların 3-ü daha ağır vəziyyətdədir.

Məscid rəhbərliyi partlayışın günorta vaxtı 30-40 dindarın iştirak etdiyi cümə namazı zamanı baş verdiyini bildirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.

AP xəbər verir ki, bölgədə fəaliyyət göstərən silahlı dəstələrdə heç biri hələlik bu hücumun məsuliyyətini üzərinə götürməyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>