Polşa sakini ölkə tarixində ilk dəfə altı əkiz dünyaya gətirib | SON XƏBƏR | SON XƏBƏR

Polşa sakini ölkə tarixində ilk dəfə altı əkiz dünyaya gətirib

Polşa sakini ölkə tarixində ilk dəfə altı əkiz dünyaya gətirib

Krakov klinikalarının birinin professoru Riçard Lauterbah şəhər sakininin altı əkiz dünyaya gətirdiyini bildirib.

AZƏRTAC RMF radiostansiyasına istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, qadının bir dəfəyə dörd qızı və iki oğlu olub. Uşaqlarının hər birinin çəkisi təxminən bir kiloqramdır. Doğuş hamiləliyin 29-cu həftəsində qeysər kəsiyi vasitəsilə həyata keçirilib.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Bəzi körpələrə respirator dəstəyi lazım olsa da, uşaqların hamısı sağlam doğulub.

Polşa Prezidenti Anjey Duda hadisə ilə əlaqədar valideynləri və tibb işçilərini təbrik edib və bunun ölkə tarixində ilk dəfə müşahidə olunduğunu bildirib.

Qeyd edək ki, mart ayında ABŞ-ın Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt uşaq dünyaya gətirmişdi. Klinikadan verilən məlumata əsasən, altı əkiz uşağın doğulma şansı 4,7 milyardda birdir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>