Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şeyi edirlər – İrina Deryugina | SON XƏBƏR | SON XƏBƏR

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şeyi edirlər – İrina Deryugina

 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şeyi edirlər – İrina Deryugina

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafı üçün hər şeyi edirlər.

Bunu Trend-ə bədii gimnastika üzrə Ukrayna milli komandasının baş məşqçisi, Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti İrina Deryugina deyib.

O bildirib: “Azərbaycanda rəhbərliyin idmana bu cür yanaşmasına biz Ukraynada yalnız həsəd apara bilərik. Hesab edirəm ki, dövlət başçısının Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi və idmana nəzarətdə saxlaması düzgündür. Bu cür olmayan ölkələrdə prezidentlər yalnız siyasətlə məşğul olur və idmanı unudurlar”.

İ.Deryugina Azərbaycanda gimnastikanın inkişafını, xüsusilə də Milli Gimnastika Arenasını və Azərbaycan Gimnastika Federasiyasının keçmiş baş katibi, hazırda Avropa Gimnastika İttifaqının prezidenti olan Fərid Qayıbovun bu idman növünün inkişafında rolunu vurğulayıb:

“Mən Fəridi gimnastikada ilk addımlardan tanıyıram. O, Avropa Gimnastika İttifaqının prezidenti seçildi və idmanın inkişafı üçün çox iş görür”.

O əlavə edib ki, bu gün gimnastika çox dəyişib və daha maraqlı olub:

“Gimnastika ağır idman növüdür. Əlbəttə, bu idman qızlara çox şey verir, xarakteri möhkəmləndirir, amma bu, ağır işdir. Mən bu idmanı sevirəm və istəyirəm ki, dünyada layiqli yerini tutsun. Amma hazırda gimnastikanın inkişafını ləngidən bəzi maneələr var ki, bu da əsasən yarışların keçirilmə qaydaları ilə bağlıdır”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>